Yaponiya Hökuməti Ağcabədi rayonundakı məktəblərdən birində gigiyenik şəraitin yaxşılaşdırılması üzrə layihə həyata keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Bakıdakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu münasibətlə müqavilənin imzalama mərasimi fevralın 7-də olacaq. Müqaviləni Yaponiya səfirliyinin müşaviri Kendci Aşida və Yerli İdarəetməyə Yardım İctimai Birliyinin rəhbəri Vüsal Mirzəyev imzalayacaqlar.
Layihə Yaponiya Hökumətinin “ Ot kökləri və insan təhlükəsizliyi” Qrant Yardımı Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək.
Layihənin ümumi dəyəri $90,300 min təşkil edir.
Ümumilikdə “Ot kökləri və İnsan Təhlükəsizliyi “ Qrant Yardımı Dövlət Proqramı” çərçivəsində Azərbaycanda səhiyyə, təhsil, mədəniyyət, ekologiya və kənd təsərrüfatı sahələrində 211 layihə həyata keçirilib. Layihələrin reallaşdırılmasına $18, mln. 037,869 min vəsait ayrılıb.
A.Zeydullayeva