Amerikanın Azərbaycandakı Ticarət Palatası (AmCham Azerbaijan) 2016- cı ilin əvvəlinə olan vəziyyətə əsasən Azərbaycanda sahibkarların aktivlərinin yenidən qiymətləndirilməsini təklif edir. Bunu “AmCham”ın nümayəndəsi, “Deloitte” şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı Nuran Kərimov Bakıda V Vergi Forumunda çıxışı zamanı söyləyib.
Manatın devalvasiyasından sonra , sahibkarların əlində olan mal və vəsaitlər kağızdakından fərqlənir.Bu vəsaitlərin yenidən qiymətləndirilməsi və ya vergi yoxlamaları siyasətinin dəyişdirilməsi məqsədəuyğun olardı.
“AmCham” hökumətə geniş vergi amnistiyası tətbiq etməyi təklif edir. “Bu vəsaitlərini xaricdəki layihələrə yatırmış sahibkarları sərmayələrini geri qaytarmağa və ölkəyə investisiya qoymağa sövq edəcək”,- deyə N.Kərimov qeyd edib.
O həmçini nağdsız ödənişlərin stimullaşdırılmasını, xüsusi məhkəmələrin yaradılmasını, xarici investorlar üçün sosial sığorta köçürmələrin dərəcəsinin azaladılmasını ( hazırda 25% təşkil edir) təklif edib.
Eləcə də, palata qeyri-neft sektorunda xarici investisiyaların müdafiəsi üzrə müqavilələrin iumzalanması praktikasının tətbiq edilməsini təklif edir. “ Xarici sərmayəçi bilməlidir ki, ölkədə işə başladıqdan sonra oyun qaydaları dəyişir”,- deyə N.Kərimov qeyd edib.
O həmçinin yeni investisiya proqramları üzrə ilkin vergi sazişlərinin (Advance Tax Ruling)
tətbiq edilməsini təklif edib.
A.Axundov