Azərbaycan Dövlət Neft Şirkəti ( ARDNŞ) sıxılmış maye qaz (SMQ) treydinqini inkişaf etdirmək və Maltada SMQ terminalı tikmək istəyir. Bunu jurnalistlərə şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.
Öz növbəsində ARDNŞ-in marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, şirkət Maltada elektrik stansiyasının tikintisinə investisiya qoyur. Stansiya qazla işləyəcək. R.Abdullayev bildirib ki, layihə “Siemens” və yerli şirkətlərlə birgə həyata keçirilir. Üstəlik SMQ ticarətinə də başlayırıq”,- deyə E.Nəsiqrov qeyd edib.
SMQ bazarda alınacaq, üstəlik biz Qərbi Afrikada- Burkina Faso, Toqoda SMQ ticarətini, okenadan Burkina- Fasoya qədər boru kəmərininin tikintisi perspektivlərini nəzərdən keçiririk”,- deyə E.Nəsirov qeyd edib. O bildirib ki, afrikalı tərəfdaşlarla birlikdə təkrar qazlaşdırma terminalına investisiya qoymaq planlaşdırılır.