Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 11-nə manatın rəsmi məzənnəsini fevralın 10-na olan 1,5702 manat/$1 səviyyəsinə qarşı 1,5659 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,2739% möhkəmlənib.
AMB fevralın 11-nə manatın avroya nisbətən rəsmi məzənnəsini fevralın 10-da qeydə alınmış 1,7734 manat/1EUR səviyyəsinə qarşı 1,7684 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,2819% möhkəmlənib.
Fevralın 11-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi 0,0198 manat/1RUR səviyyəsində saxlanılıb.
A.Axundov