Vergilər Nazirliyi 2012-ci il fevralın 1-dən 2016-cı il yanvarın 1-nə qədər 9,541 min hüquqi şəxsin onlayn qeydiyyatını aparıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən xəbər verilib.
“2012-ci ilin fevral ayından 2016-cı il yanvarın 1-nə qədər məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərən 9,541 min yerli hüquqi şəxs elektron formada qeydiyyatdan keçib. 2015-ci ildə 2,496 min hüquqi şəxs qeydiyyatdan keçib (2014-cü illə müqayisədə azalma 11% - İF-Az)”,- deyə Vergilər Nazirliyinin məlumatında bildirilir.
2015-ci ildə hüquqi şəxslərin elektron qeydiyyat səviyyəsi 46,1% təşkil edib, 2014-cü ilin yekunları üzrə bu göstərici 39,2%-ə bərabər olub.
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi 2012-ci ilin fevralından məhdud məsuliyyətli cəmiyyət şəklində fəaliyyət göstərən hüquqi şəxslərin onlayn qeydiyyatına başlayıb.
A.Əzizov