ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts) bəyannamə imzalayaraq, 26 fevral tarixini bütün Nebraska ştatında “Xocalını Anma Günü” elan edib.
Bəyannamədə 1992-ci ilin 26 fevralında Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir.
Bəyannamə, eyni zamanda Nebraska ştatının dövlət katibi Con Qeyl (John Gale) tərəfindən də imzalanıb
Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb.
B.Rüstəmbəyov