Çərşənbə günü Londonda Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində fəaliyyət göstərən Ticarət və İnvestisiyalar, Maliyyə və Peşəkar Xidmətlər üzrə birgə işçi qruplarının iclası keçirilib. Bu braədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Cümə axşamı bilavasitə Britaniya-Azərbaycan Birləşmiş İqtisadi və Ticari Tərəfdaşlıq Komitəsinin (JETCO) iclası keçiriləcək.
Komitənin Azərbaycan tərəfindən həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Britaniya tərəfindən ticarət və investisiyalar naziri lord Frensis Moddur.
Ötən ilin mart ayında ölkələr arasında komitənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Britaniyanın digər ölkələrlə əməkdaşlıq etdiyi Birləşmiş İqtisadi və Ticari Tərəfdaşlıq Komitəsinin formatı birgə hökumətlərarası komissiyanın analoqudur.
A.Axundov