Azərbaycan Dəmir Yolları” QSC Bakı və Gəncədə iki lokomotiv istismar sexinin tikintisi üçün prekvalifikasiya proseduru keçirir. Bu barədə QSC-nin elanında bildirilir.
Tender iki lot üzrə aparılır. Birinci lota Gəncə lokomotiv istismar sexinin yenidənqurulması məqsədi ilə yekun layihələndirmə, tikinti işləri, enerji yarımstansiyası, işarəvermə sisteminin quraşdırılması, yolların və asma kontakt xəttin çəkilməsi daxildir.
İkinci lota Biləcəri lokomotiv istisamr sexinin yenidənqurulması məqsədi ilə yekun layihələndirmə, tikinti işləri, enerji yarımstansiyası, işarəvermə sisteminin quraşdırılması, yolların və asma kontakt xəttin çəkilməsi daxildir.
Seçim turunda iştirak etmək istəyən şirkətlər ərizələrini 2016-cı ilin mart ayına qədər təqdim edə bilərlər. Prekvalifikasiyada iştirak üçün geri qaytarılmaq şərti ilə $200 (300 manat ) ödənilməlidir.
Prekvalifikasiya prosedurunu keçən şirkətlərə 2016-cı il mayın 10-na qədər tenderdə iştirak etmək üçün dəvət göndəriləcək.
N.Abbasova