2015-ci ildə 43 bank və 41 bank olmayan kredit təşkilatı (BOKT)Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumatlarından istifadə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankdan məlumat verilib.
2014-cü ildə 41 bank və 45 BOKT MKR-in məlumatlarından istifadə edib.
Mərkəzləşdirilmiş Kredit Reyestri Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. MKR-in əsas məqsədi bankların və bank olmayan kredit təşkilatlarının cari və potensial borcalanlarının ödəmə qabiliyyəti haqqında məlumatlar almaq, borcalanların icra intizamını və borcalma nüfuzunun qorunmasını təşviq etmək, habelə bankların və BOKT-lərin kredit risklərini azaltmaqdır. MKR 2009-cu ilin sentyabr ayından yeni formatda fəaliyyət göstərməyə başlayıb.
A.Əzizov