İsmayıllı rayon İcra Hakimiyyəti 2016-cı ildə rayonda avtomobil yollarının əsaslı təmiri 661,533 min manat yönəltməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Cari ildə İsmayıllı rayon İH-ya rayon daxilində avtomobil yollarının əsaslı təmirinin maliyyələşdirilməsinə dövlət büdcəsindən 661,533 min manat ayrılacaq”, - deyə agentliyin həmsöhbəti qeyd edib.
Onun sözlərinə görə, İsmayıllı rayon İH 2016-cı ildə həmçinin rayonda abadlıq işlərinin aparılmasına dövlət büdcəsindən 406,703 min manat əldə edəcək.
A.Əzizov