Azərbaycan sərhədçiləri 2016-cı ildə 11 kq.-a yaxın narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alıblar. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Belə ki, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 8 halda 10 kiloqram 972 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qeyd olunur ki, saxlanılan Azərbaycan vətəndaşlarında həşiş, marixuana, heroin, tiryək aşkar edilib.
F.İsazadə