2016-cı ilin yanvar ayında Azərbaycan sərhədçiləri 336 min manat məbləğində qaçaqmal saxlayıblar. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Məlumata əsasən, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 336 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd siqnal tapançası, RPK-74 silahı üçün 1 ədəd daraq, 41 ədəd 5,45 mm-lik patron, 2 ədəd beşbarmaq, 51600 Azərbaycan manatı, 2300 ABŞ valyutası, 500 Avropa valyutası, 12186 qutu siqaret, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.
F.İsazadə