Bakı şəhəri Binəqədi rayonunda 5 fərdi yaşayış evində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, ümumi sahəsi 490 kv.m olan birmərtəbəli 5 fərdi yaşayış evinin yanar konstruksiyaları 452 kv.m sahədə yanıb.
Evlərin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
F.İsazadə