Azərbaycanda gənclər Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə 307,9 mln. manat ümumi məbləğdə güzəştli kreditlər alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“İndiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 4600-dən çox gənc sahibkara 307,9 mln. manat güzəştli kredit verilib”, - deyə nazirlikdən qeyd ediblər.
Gənc sahibkarların layihələrinin kreditləşdirilməsi 14,2 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 60 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib.
A.Əzizov