Maliyyə Nazirliyi cümə günü 25 mln. manat və $20 mln. manat məbləğində qısa və orta müdətli övlət istiqrazını hərraca çıxaracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
Maliyyə Nazirliyi ümumilikdə 5 dövlət istiqrazını yerləşdirməyi planlaşdırır.
5 mln. manat məbləğində istiqraz 182 gün tədavül müddəti, 15 mln. manat məbləğində istiqraz 364 gün tədavül müddəti, 5 mln. manat məbləğində istiqraz 728 gün tədavül müddəti ilə, 10 mln. dollar məbləğində istiqraz 364 gün tədavül müddəti ilə, 10 mln. dollar məbləğində istiqraz isə 728 tədavül müddəti ilə yerləşdiriləcək.
Ümumilikdə, Maliyyə Nazirliyi 2016-cı ildə 400 mln. və $500 mln. məbləğində qısa və orta müddətli dövlət istiqrazlarını yerləşdirməyi planlaşdırır.
A.Əzizov