2016-cı ilin yanvar ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ötən ilin dekabr ayı ilə müqayisədə 1,3% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Yanvarda heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,2% bahalaşıb. Bununla belə, yumurtanın, ev quşlarının, mal və qoyun ətinin istehsalçı qiymətlərində artım qeydə alınıb.
2016-cı ilin yanvar ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,5% bahalaşıb.
Hesabat ayında buğdanın, noxud və lobya dəninin, fındığın, qozun, xiyarın, pomidorun, kələmin, soğanın, yerkökünün, çuğundurun, heyvanın, narın, xurmanın, almanın istehsalçı qiymətlərində artım olub.
N.Abbasova