Bakı Rusiyanın regionları ilə əməkdaşlığın inkişafında maraqlıdır. Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bəyan edib.
“Azərbaycan nəinki Rusiyanın mərkəzi, həm də regionları ilə ikitərəfli münasibətlərin gələcək inkişafında maraqlıdır”, - deyə P.Bülbüloğlu Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev ilə görüşdə bildirib.
Diplomat vurğulayıb ki, RF-nin bir çox regionun ilə bu istqamətdə artıq iş aparılır. O, prezidentlər İlham Əliyev və Vladimir Putinin ikitərəfli münasibətlərin möhkəmlənməsi və inkişafında xüsusi rollarını qeyd edibş
Öz növbəsində, A.Tuleyev Kemerovo vilayətində Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat verib. Onun sözlərinə görə, yeddi min nəfərdən ibarət icma millətini layiqli təmsil edir, vilayətə bütün işlərdə yardım edir, icma nümayəndələri rəhbər vəzifələri tuturlar.
Həmçinin A.Tuleyev qeyd edib ki, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev ilə yaxşı işgüzar, dostluq əlaqələri olub. O vurğulayıb ki, Azərbaycanın lideri dəfələrlə Kuzbasa səfər edib, bir çox məsələlərin həllində yardım edib.
Görüş zamanı turizm sahəsində əməkdaşlığın inkişafı üçün fəaliyyətə dair razılıq əldə edilib.
F.İsazadə