Gələn həftə Qazaxıstanın baş nazirinin müavini Bakıtjan Saqintayev Azərbaycana səfər edəcək. Bu barədə Qazaxıstanın Bakıdakı səfiri Beybit İsabayev məlumat verib.
“Baş nazirin müavini Bakıda iki ölkə arasında nəqliyyat perspektivlərini müzakirə edəcək və Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olacaq”, - deyə səfir bildirib.
F.İsazadə