Astanada Azərbaycanın səfirliyinin binası və diplomatlar üçün evin tikintisi üzrə işlər başa çatır. Bu barədə Qazaxıstanın səfiri Beybit İsabayev jurnalistlərə məlumat verib.
“Məndə olan məlumata görə, Azərbaycanm səfirliyinin tikinti işləri təxminən cari ilin may ayında başa çatacaq”, - deyə diplomat qeyd edib.
O xatırladıb ki, Azərbaycan və Qazaxıstan hökumətləri biri-birinə diplomatik nümayəndəliklərin binalarının tikintisi üçün torpaq sahələrinin mübadiləsi haqqında saziş əsasında torpaq sahələri ayrılıb.
F.İsazadə