Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 12-də banklara $33,6 mln. ümumi məbləğdə xarici valyuta satıb. Bu barədə AMB-nin məlumatında deyilir.
“Fevralın 12-də Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib və $200 mln. məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 10 bank tərəfindən məcmu tələb $33,6 mln. təşkil edib və sifariş 100% təmin olunub”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, son 11 hərracda satışa çıxarılan xarici valyuta banklar tərəfindən tam həcmdə alınmır. Bununla belə, son üç hərracda banklar təqdim edilən vəsaitin 10%-dən az hissəsini alırlar.
A.Əzizov