Cümə axşamı Ukraynadan “Vikinq” ikinci konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Bu barədə Xəzər
Dəniz Gəmiçiliyinin (CASPAR) məlumatında deyilir.
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulduqdan sonra bu ölkədən gələn ikinci sınaq qatarı bu gün səhər Ərzaq məhsulları və metal məmulatlar yüklənmiş 32 vaqondan ibarət qatar fevralın 7-də bərə ilə İliçevck (Ukrayna) limanından çıxaraq Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Mərkəzi Asiya marşrutu ilə hərəkət edir. Konteyner qatarının 31 vaqonu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Qarabağ” bərəsi ilə Türkmənbaşı limanına yola salınacaq. Daha bir vaqon isə Qazaxıstana ünvanlandığına görə Aktau limanına gedəcək ilk bərə ilə göndəriləcək”, - deyə məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2015-ci ilin sentyabr ayında “Ukrzaliznitsya” “Vikinq” qatarları vasitəsilə Çindən Avropaya yüklərin daşınması imkanı haqqında bəyan edib.
11 sentyabr 2015-ci ildə Odessada Asiya-Avropa-Asiya istiqamətində yüklərin daşınmasına rəqabətədavamlı tarif şərtlərinin formalaşması mələlərinə daia Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukrayna dəmir yolları idarələrinin rəhbərlərinin müşavirəsi zamanı müvafiq protokol imzalanıb.
Ukrayna İnfrastruktur Nazirliyi “Ukrzaliznitsya” ilə birgə 15 yanvar 2016-cı il tarixində Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə (Xəzər və Qara dəniz vasitəsiləlı) Yeni İpək Yolu marşrutu ilə konteyner qatarın sınaq reysini istifadəyə verib. Qatar 16-cı gün - yanvarın 30-31-nə keçən gecə Çinə çatıb.
N.Abbasova