“Aqrolizinq” ASC 2015-ci il ərzində cəmiyyətin maliyyə hesabatının aparılması üçün auditor şirkəti seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dan məlumat verilib.
Auditorun seçimi kotirovka sorğusu üsulu ilə həyata keçirilir.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təssərüfatı Nazirliyinin strukturuna daxildir.
A.Əzizov