Ədliyyə Nazirliyi 2015-ci ildə bələdiyyələr tərəfindən yol verilmiş inzibati nöqsanlar haqqında məhkəmələrə 388 protokol göndərib. Bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov cümə günü Milli Məclisdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik hesabatı ilə çıxışı zamanı bildirib.
“ Məhkəmə 330 protokol üzrə bələdiyyələri inzibati məsuliyyətə cəlb edib, 57 protokola baxılır”,- deyə V.Zahirov qeyd edib.
Onun sözlərinə görə, 35 protokol təkrar qanun pozuntularına dair olub.
“ Ötən il bələdiyyələrlə iş mərkəzinə əhalidən 2095 müraciət daxil olub, onlardan 127-si müraciət edənlərin xeyrinə öz həllini tapıb”,-deyə natiq qeyd edib.
V.Zahirov bildirib ki, Ədliyyə Nazirliyinin təklifləri və məhkəmələrin qərarları əsasında 1406 hektar torpağın qanunsuz satışının qarşısı alınıb, bu torpaqların 1370 hektarı kənd təsərrüfatı təyinatlı torpaqlardır.
A.Axundov