2015-ci ilin IV rübündə Azərbaycanda həyata keçirilmiş tikinti işlərinin həcmi III rüb ilə müqayisədə 0,1% azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, 2015-ci ilin IV rübündə yerüstü tikililər üzrə qiymətlər 0,2% azalıb.
Xüsusilə, oktyabr-dekabr aylarında iyul-sentyabr ayları ilə müqayisədə yaşayış evlərinin tikintisi üzrə qiymətlər dəyişməyib, istehsal obyektlərinin tikintisi üzrə qiymətlər 3,1% azalıb, sosial təyinatlı binaların tikintisi üzrə 0,2% artıb.
Bu dövrdə yolların, körpü tikintisi üzrə qiymətlər 0,6% bahalaşıb.
A.Əzizov