Milli Məclis cümə günü keçirilən plenar iclasda Naxçıvan Muxtar Resbuplikasının Babək rayonunun Qoşadizə bələdiyyəsi ləğv edilməsini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Bununla əlaqədar parlament “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”
qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nı təsdiq edib.
Qərara əsasən,Qoşadizə kəndinin 658 hektar təşkil edən ərazisi Babək qəsəbəsinin inzibati ərazisinə birləşdirilib.
A.Axundov