Ötən gün Azərbaycan ərazisində baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bu barədə cümə günü Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Dünən respublikada 99 cinayət hadisəsi qeydə alınıb, onlardan 37-i “isti izlər”lə açılıb.
Hüquq-mühafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 54 nəfər saxlanılıb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli 16 fakt müəyyən edilib.
B.Rüstəmbəyov