Rusiyanın dünyaca məşhur Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrı nəzdində Boris Şukin adına Teatr İnstitutunda Azərbaycan Respublikası üçün məxsusi hədəf kursularına tələbə qəbulu keçiriləcək. Bu barədə “İnterfaksd-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Bu müqavilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının çərçivəsində əldə edilib.
Qəbul əsasən iki ixtisas istiqaməti üzrə aşağıdakı qaydada müəyyənləşdirilib-
Dram teatrı və kino artisti – qəbul sayı 15 nəfər (təhsil müddəti - 4 il);Teatr rejissorluğu – qəbul sayı 5 nəfər (təhsil müddəti – 5 il).
İnstituta qəbul 2016-cı ilin iyul ayında Moskvadan dəvət olunmuş peşəkar şəxslərdən ibarət xüsusi imtahan komissiyası tərəfindən həyata keçiriləcək.
A. Zeydullayeva