Fevralın 12-dəMuzey Mərkəzində Emin Məmmədovun “ Sadece sevgi “ adlı fotosərgisi keçiriləcək. Bu barədə mərkəzin rəsmi saytında məlumat verilir.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
“ Hər nə qədər biliyin olsa da bu yenə azlıq edir İnsan inkişaf etməlidir. Bunun üçün isə özünə kənardan, tamaşaçı gözü ilə baxmağı bacarmalısan.
Emin Məmmədov minlərlə cütlüyün «wedding” fotolarını peşəkarcasına ərsəyə gətirib. Sərgidə “sadəcə sevgi” (simply Love) başlığı altında 50 cütlüyün fotoları nümayiş etdiriləcək .
Gecənin aprıcıları Nərgiz Cəlilova və Nəsib Nurdur.
Açılışa mədəniyyət və incəsənət xadimləri, görkəmli dövlət nümayəndələri dəvət olunublar.
Sərgi fevralın 14-nə qədər davam edəcək.
A.Zeydullayeva