Azərbaycanlı gənclər tərəfindən "Polşadakı Azərbaycanlı Gənclər Şurası" adlı yeni diaspor təşkilatı yaradılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycanlı tələbə Nail Əhməd Şuraya sədr, Rəsul Məmmədov və Nəsib İbrahimov onun müavinləri seçiliblər. Yaradılmış Gənclər Şurasının strukturu müəyyənləşdirilib.
F.İsazadə