Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 15-nə manatın rəsmi məzənnəsini fevralın 12-nə olan 1,5745 manat/$1 səviyyəsinə qarşı 1,57115 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,2159% möhkəmlənib.
AMB fevralın 15-nə manatın avroya nisbətən rəsmi məzənnəsini fevralın 12-də qeydə alınmış 1,7789 manat/1EUR səviyyəsinə qarşı 1,7631 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,8882% möhkəmlənib.
Fevralın 15-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi fevralın 12-də qeydə alınmış 0,0201 manat/1RUR səviyyəsində saxlanılıb.
A.Əzizov