2015-ci ildə Azərbaycanda yol qəzaları nəticəsində yol təsərrüfatına 552 min 92,93 manat məbləğində ziyan dəyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azəryolservis” ASC-dan məlumat verilib.
Məlumata əsasən, 2015-ci il ərzində yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 349 yol nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində dövlət büdcəsi hesabına quraşdırılmış 5769,4 p/m təhlükəsizlik səddi, 2 ədəd işıq dirəyi, 1ədəd metal informatik lövhə və 8 ədəd yol nişanı yararsız hala düşüb.
“Beləliklə, dövlət büdcəsinə ümumilikdə 552min 92,93 manat ziyan dəyib”, - deyə ASC-dan qeyd ediblər.
201 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olduğu üçün, dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsi üçün müvafiq sığorta şirkətlərinə ərizə ilə müraciət olunub.
56 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olmadığı üçün məhkəmə orqanlarına müraciət olunub.
92yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olmadığı üçün həmin hadisələrin törədicilərinin araşdırılaraq tapılması barədə BDYPİ- nə məktubla müraciət olunub.
N.Abbasova