Azərbaycan Auditorlar Palatası 5-6 aprel tarixlərində “Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Palatadan məlumat verilib.
Konfrans Palatanın fəaliyyətə başlamasının 20 illiyinə həsr olunub.
Konfransın keçirilməsində əsas məqsəd şəffaflığın artırılmasında və korrupsiyaya qarşı mübarizədə nəzarətin yeni rolu və əhəmiyyətinə dair peşəkar müzakirələr aparmaq, bu sahədə tənzimlənmənin və institusional mexanizmlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərini dəqiqləşdirmək, beynəlxalq standartların tətbiqidir.
A.Əzizov