“Bakı” istilik elektrik stansiyası (İES) 2015-ci ildə 339,4 mln. kVt/saat elektrik enerjisi istehsal edib ki, bu da 2014-cü ilin göstəricisindən 46% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərenerji” SC-dən məlumat verilib.
“Ötən ilin dekabr ayında stansiya 46,9 mln. kVt/saat elektrik enerjisi istehsal edib.
По данным общества, в четвертом квартале прошлого года были проведены различные ремонтные работы на обеих газотурбинных установках и на прочем оборудовании.
ASC-nin məlumatına görə, ötən ilin IV rübündə stansiyada qaz turbin qurğularında və digər avadanlıqlarda müxtəlif təmir işləri aparılıb.
“Bakı” İES 2014-cü ildə 627,8 mln. kVt/saat elektrik enerjisi istehsal edib.
“Bakı” İES-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir. Stansiya 2007-ci ilin fevral ayında istismara verilib.
N.Abbasova