Azərbaycan və Rusiyanın dəmir yolları idarələri İran və Hindistan marşrutu üzrə yükdaşımalara başlamaq niyyətindədir.
“ İki ölkənin dəmir yolları idarələri “Şimal -Yuq” beynəlxalq nəqliyyat dəhlizi üzrə “ qapıdan- qapıya” daşımalar üzrə razılıq əldə ediblər”,- deyə “Rusiya Dəmir Yolları” ASC-nin məlumatında deyilir.
“Hazırda RF-nin Avropa hissəsinə Hindistandan dəniz yolu ilə yükdaşımalar mövcuddur, Mumbainin Nava- Şeva limanından Moskvaya yüklərin çatdırılma müddəti 40 sutka təşkil edir. Yeni marşrutda həmn dəmir yollarından, həm dəniz, həm avtomobil nəqliyyatından istifadə ediləcək və daşıma müddəti iki dəfə azalacaq. Gələcəkdə bu müddətin 14 sutkaya qədər azaldılması planlaşdırılır”,- deyə Rusiya şirkətindən qeyd edilib.
Layihənin operatoru rolunda Rusiya Dəmir yolları idarəsinin törəməsi “Logistika RDY” və “ADY Express” çıxış edəcək. İlk nəql mart ayının sonuna planlaşdırılıb.
“Mumbai- Moskva” marşrutu üzrə 40 futluq konteynerin daşınma tarifi $3 min təşkil edir.