İstirahət günlərində Azərbaycanda 185 cinayət faktı qeydə alınıb, onların 55-i “isti izlər”lə açılıb. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Hesabat dövründə baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Hüquq-mühafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 70 nəfər saxlanılıb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli 16, qanunsuz silah saxlanması ilə bağlı 1 fakt müəyyən edilib.
B.Rüstəmbəyov