Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev Yekaterinburq şəhərində gənc vokalçıların və operetta ifaçılarının SSRİ xalq artisti Vladimir Kuroçkin adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinə üzv seçilib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Müsabiqə mayın 16-dan 21-dək Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında baş tutacaq.
Münsiflər heyətinin rəhbəri Rusiyanın xalq artisti, dünya şöhrətli vokalçı və aktyor Viktor Krivonosdur.
Müsabiqə operetta və müzikl çərçivəsində “Vokal və səhnə sənəti” nominasiyasında keçiriləcək.
Müsabiqənin məqsədi - nəğmə, nitq, səhnə hərəkətləri, rəqs, aktyorluq sənətinin daxil olduğu geniş kompleks ifadə bacarığına malik dajha parlaq və istedadlı gənc ifaçıları aşkar etmək; müxtəlif millətlərin, teatr və vokal məktəblərinin nümayəndələri ilə tanış olmaq, teatr, musiqi məktəblərində gəcnlərin yaradıcı fəəllığını stimulaşdırmaqdan ibarətdir.
A.Zeydullayeva