Həyat sığortası üzrə ixtisaslaşmış “PAŞA Həyat Sığorta” şirkətinin aktivləri 150 mln. manat təşkil edir. Bu barədə şirkətin məlumatında qeyd eidlir.
“Öz beşilliyini qeyd edən şirkətin nizamnamə kapitalı bu dövr ərzində 5,75 dəfə- 40,25 mln. manata qədər artıb. Aktivləri 150 mln. manata çatıb. Aktivlərinin həcminə görə, “PAŞA Həyat Sığorta” şirkəti ölkənin sığorta bazarının ən böyük şirkətlərindən biridir”,- deyə materialda qeyd edilir.
“PAŞA Həyat Sığorta" şirkəti 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və sığorta haqlarının yığım həcminə görə aparıcı sığorta şirkətlərinin üçlüyünə daxildir. Şirkətin yeganə səhmdarı “PAŞA Holdinq”dir.
A. Axundov