1 fevral 2016-cı il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 1 mln. 850,499 min təşkil edir. Bu barədə SOCAR-dan məlumat verilib.
2016-cı ilin yanvarında İB əhali arasında 15,873 min yeni abonent qeydə alıb. Onlardan 3,411 min abonent Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda, 12,462 min abonent ölkənin regionlarında qeydiyyata alınıb.
“Azəriqaz” İB-nin məlumatına görə, 2016-cı il fevralın 1-nə 127,174 min məcburi köçkün ailəsinə güzəştli şərtlərlə qaz verilib. Həmçinin 345 məscid və dini məbədə ödənişsiz qazdan istifadə üçün limit ayrılıb.
N.Abbasova