Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 16-na manatın rəsmi məzənnəsini fevralın 15-nə olan 1,5711 manat/$1 səviyyəsinə qarşı 1,5679 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,2036% möhkəmlənib.
AMB fevralın 16-na manatın avroya nisbətən rəsmi məzənnəsini fevralın 15-də qeydə alınmış 1,7631 manat/1EUR səviyyəsinə qarşı 1,7488 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,8111% möhkəmlənib.
Fevralın 16-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi fevralın 15-də qeydə alınmış 0,0201 manat/1RUR səviyyəsinə qarşı 0,0204 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 1,4925% ucuzlaşıb.
A.Əzizov