"United Credit Bank" müflis elan edilib. “Azerbaijan International Legal Company” MMC isə ləğvedici təyin edilib. Bu barədə şirkətdən məlumat verilib.
“1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral tarixli qərarı ilə "United Credit Bank" müflis elan edilib və iflas proseduruna başlanılıb. “Azerbaijan International Legal Company” MMC ləğvedici təyin edilib”, - deyə ləğvedicinin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, “United Credit Bank”a qarşı tələbləri olan fiziki və hüquqi şəxslər 60 gün ərzində ləğvediciyə müraciət etməlidirlər.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı yanvarın 25-də “United Credit Bank” ASC-nin lisenziyasını ləğv edib. Bu qərar bankın məcmu kapitalın minimum məbləği (50 mln. manat - İF-Az) tələbinə əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqədar qəbul olunub
“United Kredit Bank” ASC 1996-cı ildə yaradılmışdı.
A.Axundov