Fevralın 25-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində müflis olan “Debutbank” ASC-nin kreditorlarının yenilənən tələblər siyahısının təsdiqi məsələsinə baxılacaq.
Bu barədə bankın ləğvedicisi olan «AZE Financial Consulting» MMC-nin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 15 dekabr 2010-cu il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “Debutbank” ASC-ni müflis elan edib.
A.Axundov