Azərbaycan və NATO Bakı və Şimali Atlantika Alyansı arasında əməkdaşlıq səviyyəsindən məmnundur. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Bu fikir prezident İlham Əliyevlə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay arasında Bakıda keçirilən görüşdə səslənib.
Söhbət zamanı Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfə yüksək qiymətləndirilib.
Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyətinə dair məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Görüşdə NATO-nun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün daim dəstəklənməsindən məmnunluq ifadə olunub.
F.İsazadə