Azərbaycan hökuməti tikinti materiallarının istehsalı üçün xammal istehsalına vergi güzəştləri təqdim etməyi planlaşdırır. Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov çərşənbə axşamı sahibkarlarla görüş zamanı bildirib.
“Bu gün ölkə daxilində tikinti materiallarının istehsal həcmi artır. Lakin müəyyən növ tikinti materiallarının idxalı davam edir. Daxili istehsalın stimullaşdırılması məqsədilə hökumət yaxın vaxtlarda tikinti malteriallarının istehsalı üçün xammalın bəzi növlərinin idxalının vergidən azad olunması məsələsinə baxacaq”, - deyə o bəyan edib.
Bununla yanaşı, nazir vergi güzəştlərinin xammalın hansı növlərinin idxalına şamil ediləcəyinə dəqiqləşdirməyib.
K.Heydərov tikinti şirkətlərinin rəhbərlərinə fəaliyyətlərində yerli istehsal olan tikinti materiallarından istifadə etməyi tövsiyə edib.
A.Axundov