Tezliklə NATO və Azərbaycan arasında əməkdaşlıq üçün əsas platforma olan IPAP tərəfdaşlıq proqramının (Fərdi TərəfdaşlıqüzrəFəaliyyət Planı) növbəti 2 illik dövrü başa çatacaq.
Belə bəyanatla NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bu gün Bakıda mətbuat konfransında çıxış edib.
“Növbəti iki il üçün məqsəd və prioritetlərin işlənib hazırlanması ilə əlaqədar yaxın günlərdə NATO nümayəndə heyəti Bakıya gələcək”, - deyə o bildirib.
C.Appaturay qeyd edib ki, tərəflər IPAR çərçivəsində aktiv işi davam etdirir və NATO əməkdaşlıq səviyyəsindən məmnundur.
B.Rüstəmbəyov