Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Apellyasiya Şurası yaradılıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Nazir müavini İdris İsayevin rəhbərlik etdiyi şuranın tərkibinə 7 nəfər daxildir.
Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılıb.
Apellyasiya Şurası Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanının icrası çərçivəsində yaradılıb.
A.Əzizov