Fevralın 15-də Azərbaycanda baş vermiş 1 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər yaralanıb. Bu barədə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Ötən gün 88 cinayət faktı qeydə alınıb, onların 29-u “isti izlər”lə açılıb.
Hüquq-mühafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 53 nəfər saxlanılıb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli 7, qanunsuz silah saxlanması ilə bağlı 1 fakt müəyyən edilib.
B.Rüstəmbəyov