Azərbaycan prezidenti İlham Əliyev “Dövlət satınalmaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc edilmiş dəyişikliklərə əsasən, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20%-ə qədər həcmində güzəştli düzəliş tətbiq edir.
Əvvəllər “Dövlət satınalmaları haqqında” qanunda bu fərq 15% səviyyəsində idi və icbari xarakter daşımırdı.
A.Əzizov