Azərbaycan gömrük xidməti əməkdaşları iri məbləğdə xarici valyutanın ölkədən çıxarılmasının qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata əsasən, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Türkiyə vətəndaşı Demir Selaminin üzərində yoxlama aparılarkən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, kağız üzərində yazılı və elektron formada bəyan olunmayan 5 min dollar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
F.İsazadə