Ötən gün Azərbaycanda baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər yaralanıb. Bu barədə çərşənbə günü Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Fevralın 16-da 100 cinayət faktı qeydə alınıb, onların 29-u “isti izlər”lə açılıb.
Hüquq-mühafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 45 nəfər saxlanılıb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli 11, qanunsuz silah saxlanması ilə bağlı 1 fakt müəyyən edilib.
B.Rüstəmbəyov