Bakı məktəblilərinə görkəmli rus rəssamı Vladimir Makovskinin yaradıcılığı barədə məlumat verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) məlumat verilib.
Sənətşünas Cavad Quliyev və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Könül Şahmarqızı 60 nömrəli məktəbin şagirdlərinə V.Makovskinin yaradıcılığı barədə söhbət açıblar.
Lektoriya V.Makovskinin 170 illiyinə həsr olunub və RİMM-in “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində keçirilib.
A.Zeydullayeva